Bakıda yaşayış binası yanıb - iki qardaş yanaraq ölüb-Yeniləndi
22.05.2017 1106 0.0 0

Bakıda yaşayış binasında yanğında ölən qardaşların şəxsiyyəti müəyyənləşib.

 

APA xəbər verir ki, yanğın nəticəsində Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.

 

 

***

 

 

saat 18.07

 

Bakıda yaşayış binasında baş vermiş yanğının qarısı alınıb.

 

Məlumata görə, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Yanğında iki qardaş ölüb.

 

Onların kimliyi dəqiqləşdirilir./apa/

*****

Bakıda yaşayış binası yanır.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar