Bakıda yanan bank yanğınla əlaqədar məlumat yaydı
31.01.2015 783 0.0 0

PAŞA Bankın binasının texniki hissəsindəki yanğın lokallaşdırılıb.

 

Məlumat üçün bildirək ki, Bu gün PAŞA Bankın Yusif Məmmədəliyev, 15 ünvanında yerləşən binasının texniki zonasında yanğın baş vermişdir.  Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını  lokallaşdırıb. 

PAŞA Bankın Təhlükəsizlik Xidmətinin Direktoru Fuad Paşayevin sözlərinə görə, hazırda yanğına səbəbiyyət verən bütün detallar araşdırılır. "Yanğın Bankın binasının texniki zonasına və qismən server otağının bir hissəsinə təsir etmişdir. Yanğın Bankın əməliyyatlarının  normal rejimdə həyata keçirilirməsinə hər hansı bir təsir göstərməmişdir", F. Paşayev bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar