Bakıda xəstəxananın həyətində kişi meyiti tapılıb
26.10.2016 900 0.0 0

Bakıda xəstəxananın həyətində meyit tapılıb.

 

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həyətində üzərində zorakılıq əlamətləri olmayan 30-35 yaşlı kişi meyiti aşkarlanıb.

 

Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Rəşad Rəşid oğlu Cəbiyev olması müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar