Bakıda xəstə özünü beşinci mərtəbədən yerə atıb
18.10.2017 736 0.0 0

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

Məlumata görə, metronun 20 Yanvar stansiyası yaxınlığında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanın beşinci mərtəbəsində yaşayan 21 yaşlı Məmmədov Heydər Tariyel oğlu özünü eyvandan yerə atıb.

O, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini qənaətbəxş olaraq qiymətləndirirlər.

H.Məmmədov uzun müddətdir ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar