Bakıda uşaq bağçasında yanğın olub
22.02.2016 600 0.0 0

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus uşaq bağçalarının birində yanğın hadisəsi baş verib.

Qazeta.info Fövqaladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılmlış əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanmışdır. Yanğın zamanı baxçadan 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Bildirək ki, bağçanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar