Bakıda üç məzun dənizdə boğuldu + VİDEO
14.06.2019 1624 0.0 0

Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.

 

Qazeta.info oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər 11-ci sinif məzunları olublar.

 

Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub:

 

"Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb. Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır. Bir nəfərin axtarışları davam edir".

 

Suda boğulan gənclərdən birinin meyiti tapılıb. Ölən gəncin adının Rəhim olduğu bildirilir.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar