Bakıda toyda kütləvi dava olub, yaralananlar var - VİDEO
29.09.2016 819 0.0 0

Bakıda toyda kütləvi dava baş verib. APA TV-nin məlumatına görə, Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toyun qonağı inzibatçıdan viski istəyib. İnzibatçı viski olmadığını bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

 

Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Davaya ofisiantlar və digər qonaqlar da qoşulub. Kütləvi dava zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, 21 yaşlı Araz Tağıyevin vəziyyəti digərlərinə nisbətən ağır olub. Hazırda onun həyatı üçün təhlükənin olmadığı bildirilir.

 

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. Faktla əlaqədar araşdırmalar aparılır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar