Bakıda süpürgəçi qadını vurub öldürən sürücü tutulub
28.03.2018 1529 0

Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hadisə martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Məlumata görə, “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.
Qeyd edək ki, ölən Cəmilə Salahovanın fotosu sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub./Report/
Digər xəbərlər:
Şərhlər