Bakıda sərxoş sürücü avtomobili sərnişin avtobusuna çırpıb
03.07.2019 47 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakıda yol qəzası baş verib.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Belə ki, "Nargilə" restoranının qarşısında yüksək sürətlə hərəkətdə olan avtomobil əvvəlcə minik avtomobili ilə toqquşub. Daha sonra DYP avtomobilinə və sərnişin avtobusuna çırpılaraq aşıb.

İlkin ehtimala görə, qəzaya sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar