Bakıda sərnişin avtobusu külə döndü
19.07.2016 1130 0.0 0

Bakı-Sumqayıt yolunda iri tutumlu sərnişin avtobusu yanıb.

Qazeta.info AzNews.az-a məlumatına əsasən bildirir ki, hadisə Bakı istiqamətində, Saray postunu keçdikdən sonra baş verib. Yanğın baş verən əraziyə çox sayda təcili tibbi yardım və yanğınsöndürən maşınları cəlb edilib. Avtobusun yanma səbəbləri məlum olmasa da, onun tamamilə yanıb külə döndüyü bildirilir. 

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələ ki, məlumat yoxdur. 

Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər:
Şərhlər
avatar