Bakıda sərnişin avtobusu aşdı: yaralı var (FOTO)
23.06.2015 713 0.0 0

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə şahidlərinin  verdikləri məlumata görə, Bayıl ərazisində “Tarelka” adlanan ərazidə 5 saylı avtobus dərəyə aşıb.
Qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin qəza barədə xəbəri təsdiqləyib. 

Onun sözlərinə görə, qəza avtobusun sərt döngəni dönərkən əyləc sisteminin işləməməsi səbəbindən baş verib.

“Əslində avtobus aşmayıb. Sərt döngəni dönərkən əyləc sistemi işləməyib və sürücü maşını dərənin dibində maneəyə vuraraq saxlayıb. Qəza baş verərkən avtobusun içərisində sərnişin olub. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb.”, - deyə Vüqar İbrahimli bildirib./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar