Bakıda sərnişin avtobus sürücüsünü boğmaq istədi -Video
04.09.2017 836 0.0 0

Bakıda 96 saylı sərnişin avtobusunda insident baş verib.

Qazeta.info xəbər verir ki, hadisəyə səbəb isə sürücünün avtobusu dayanacaqdan kənarda saxlamaması olub.  

Belə ki, sərnişin düşəcəyi yerə yaxınlaşan zaman sürücüyə saxlamasını bildirib. Sürücü isə öz növbəsində avtobusu dayanacaqdan kənarda saxlamağa icazə olmadığını deyir. Bu zaman sərnişin avtobus hərəkətdə olduğu halda sürücüsünün boğazından tutaraq onu sərnişin nəqliyyat vasitəsini saxlamağa məcbur edir. Sürücü avtobusu saxladıqdan sonra sərnişin onu söyərək maşını tərk edib.

 


Digər xəbərlər:
Şərhlər
avatar