Bakıda restoranda dava: Tutulanlar var
11.07.2016 589 0.0 0

Bakıda restoranda dava düşüb. Hadisəni törədən şəxslər polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayonu ərazisindəki restoranlardan birində ictimai asayişi pozmuş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Laçın İsmayılov və Fuad Şahverdiyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinə təhvil veriliblər.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən Laçın İsmayılovun həmin gün Zamir Mehdiyevə və Abdulla Nurəliyevə məxsus mobil telefonları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar