Bakıda ər müəllim işləyən xanımını döyə-döyə öldürdü
25.10.2016 716 0.0 0

Bakıda dəhşətli qətl törədilib. Qazeta.info Lent.az-ın məlumatına əsasən bildirir ki, gecə saatlarında Xətai rayonu Yusif Səfərov küçəsində yaşayan 1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. İlkin olaraq qadına açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub.Onun qulaqlarından qan gəlib və həkimlərin səyinə baxmayaraq döş qəfəsinə və beyninə qan sızan qadın vəfat edib.

 

İlkin araşdırmadan sonra 37 yaşlı qadının həyat yoldaşı, 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə tərəfindən küt alətlə vəhşicəsinə döyülməsi müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

 

Məlumatına görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 37 yaşlı Dilarə Hüseynovanı qətlə yetirən 1974-cü il təvəllüdlü Əkbərzadə Namiq İsa oğlu yaxalanaraq istintaqa təhvil verilib. O, ilkin olaraq hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

 

Bildirilir ki, əri tərəfindən taxta ilə döyülərək öldürülən Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar