Bakıda Qurban bayramı ilə əlaqədar satış yarmarkaları keçiriləcək
29.08.2017 953 0.0 0

Sentyabr ayının 1-də səhər saat  9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi  İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı  şəhərində  təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

 

Qazeta.info Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən bildirir ki, yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaqdır: 

 

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi  26 Keşlə bazarının yanı;

 

 Xətai rayonu

- "Nargilə" kafesinin yanı;

 

 Səbail rayonu 

     -Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8 ( Parkın yanı )

 

Yasamal rayonu

- Şərifzadə küçəsi  196  "İdeal" şadlıq sarayının həyəti;


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar