Bakıda qumarxana aşkar edilib
03.09.2015 598 0.0 0

Xətai rayonu ərazisində qumarxana aşkar edilmişdir

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Süleyman Vəliyev Xətai rayonu ərazisində icarəyə götürdüyü kafedə həmyerliləri Zəmanət Hüseynli və Vasif Hacıyevlə birgə “poker” qumarxana təşkil etdikləri və saxladıqları üçün tutulmuşlar.
Ora baxış zamanı oyun kartları və “poker” qumar oyununa qoyulmuş xeyli miqdarda pul aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar