Bakıda qandonduran hadisə: keçmiş arvadını öldürdü, sonra intihar etdi
15.12.2015 533 0.0 0
Bakıda dəhşətli cinayət baş verib. 
 
Qazeta.info Musavat.com-un məlumatına əsasən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. 
 
1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülnar Axundovanı qətlə yetirib. Hadisə Gülnar Axundovanın ərindən ayrıldıqdan sonra yaşadığı evdə baş verib. Samir Axundov keçmiş arvadını ürəyindən bıçaqlayıb. Onların arasındakı mübahisənin motivi hələlik məlum deyil. 
 
Samir Axundov Gülnar Axundovanı qətlə yetirdikdən sonra hadisə yerini tərk edib və öz evinə qayıdıb. O, evinə qayıtdıqdan sonra 16-cı mərtəbədə yaşadığı mənzilin pəncərəsindən özünü ataraq, intihar edib. 
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, Samir Axundov narkotik aludəçisi olub. 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar