Bakıda polis motosikleti qəzaya düşüb
24.05.2017 392 0.0 0

Bakıda yol polisinin idarə etdiyi motosiklet minik maşını ilə toqquşub. 

 

Məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Dövlət Yol Polisi İdarəsinə məxsus, polis nəfəri Yaşar Qocalının idarə etdiyi “Yamaha” markalı motosiklet “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar