Bakıda polis bölmələrinin rəisləri dəyişdirilib
16.02.2018 1177 0.0 0

Bakıda iki polis bölməsinin rəisi dəyişdirilib.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Lətif Cahangirov tutduğu vəzifədən azad edilərək Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi, 37-ci Polis Bölməsinin rəisi Bayram İslamov tutduğu vəzifədən azad edilərək Nəsimi rayon Polis İdarəsinin 21-ci Polisi Bölməsinin rəisi təyin olunublar.

 

11-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar