Bakıda pik saatlarda tıxacların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanıb
21.12.2016 964 0.0 0

 Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda günün pik saatlarında yaranan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə dövlət qurumlarında iş vaxtının dəyişdirilməsi ilə bağlı təkliflər hazırlayıb. 

Məlumata görə, bununla bağlı BNA-nin baş direktoru Vüsal Kərimli məlumat verib.

V.Kərimlinin sözlərinə görə, müvafiq təkliflər artıq Nazirlər Kabinetinə təqdim edilib. 

Təkliflərlə bağlı 3 variantın hazırlandığını qeyd edən V.Kərimli bildirib ki, ilkin variant sıfır investisiya ilə yollarda tıxacın, sərnişin axınının həll edilməsini nəzərdə tutur: "Yəni, heç bir maliyyə sərf edilmir və dövlət qurumlarında iş saatları dəyişdirilir. İşin başlama saatı 08:30, 09:30 və s. təyin edilə bilər. Araşdırmalarımız göstərir ki, bu, yollardakı nəqliyyat problemlərini 20% həll edə bilər. Digər variantımız minimun investisiya ilə nəqliyyat axınını təmin edəcək. Nəhayət, üçüncü varinat böyük investisiyalardan ibarətdir və sürətli avtobus keçidlərinin tətbiq olunmasını nəzərdə tutur"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar