Bakıda partlayış: nazirlik əməkdaşları yaralandı
29.12.2016 1778 0.0 0

 

Bakının Badamdar qəsəbəsində partlayış baş verib. Lent.az-ın məlumatına görə, Badamdar yolu 5 ünvanının qarşısındakı kanalizasiya quyusunda olan kabellərə texniki baxış keçirilən zaman quyuda yığılmış metan qazı partlayıb. Nəticədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Aztelekom» İB-nin mühəndisləri - 1963-cü il təvəllüdlü Qasımov Namik Mirzə oğlu və Kazımov Fərman Ziyad oğlu yanıq xəsarətləri alıb.

Məlumata görə, Badamdar qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış şəxslər Respublika Yanıq Mərkəzindən evə buraxılıb. Xəstəxanadan verilən məlumata görə, kanalizasiya quyusunda olan kabellərə texniki baxış keçirilən zaman baş vermiş partlayışda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «Aztelekom»  İB-nin mühəndisi Qasımov Namik Mirzə oğlu baş nahiyəsindən 3-cü dərəcəli, Kazımov Fərman Ziyad oğlu isə alnının 1-ci dərəcəli texniki yanığı xəsarəti alıb. Hər iki şəxsin əlləri də yanıb.

 

N.Qasımova tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. Xəstəxanaya yerləşdirilən Fərman Kazımovun yaxınları isə onu aparmaqda israr ediblər və ailə üzvlərinin istəyi ilə F.Kazımov da evə buraxılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar