Bakıda özünü asmaq istəyən iki uşaq anası xilas edilib
27.10.2017 706 0.0 0

Bakının Xəzər rayonunda özünü asan qadın qohumları tərəfindən xilas edilib.

Məlumata görə, intihara cəhd hadisəsi Binə qəsəbəsində qeydə alınıb.

"Südçülük sovxozu"nda yaşayan 1985-ci il təvəllüdlü Məmmədova Gülnar Əli qızı yaşadığı evdə özünü asıb. Qohumları onu görərək boğulmaqdan xilas ediblər. Lakin qadının vəziyyəti ağır olduğundan o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.

G.Məmmədova ailəlidir, onun iki azyaşlı övladı var./Report/


Digər xəbərlər:
Şərhlər
avatar