Bakıda orta yaşlı kişini maşın vuraraq öldürüb, sürücü qaçıb
25.01.2018 774 0.0 0

Bakının Sabunçu rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bildirək ki, rayonun Albalılıq qəsəbəsində, "Aidə park"ının yaxınlığında yolu keçmək istəyən təxminən 35-40 yaşlı kişini naməlum markalı avtomobil vurub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb./Report/


Digər xəbərlər:
Şərhlər
avatar