Bakıda orta məktəb partlayış olub
23.05.2016 1165 0

Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə partlayış baş verib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev azvision.az-a bildirib ki, hadisə ilə bağlı əraziyə 2 birqana göndərilib.
Onun sözlərinə görə, hadisənin səbəbi və xəsarət alanların olub-olmaması haqda məlumat yoxdur.
İlkin ehtimallara görə, partlayışdan sonra məktəbin binasında yanğın baş verib. Yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb.
Faktı Fövqəladə Hallar Nazirliyindən qeyd edilən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi, həmçinin Təcili Tibbi yardım maşınları cəlb olunub.
Məktəbdə olan bütün şagirdlər təxliyə olunub.
Digər xəbərlər:
Şərhlər