Bakıda oğlan sevdiyi qıza görə qollarını kəsdi
22.10.2016 862 0.0 0

 Bakının Səbail rayonunda 20 yaşlı oğlan intihara cəhd edib.

"Report"un məlumatına görə, Üzeyir Hacıbəyli küçəsi 21, mənzil 17-də yaşayan 1996-cı il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu hamam otağında iki qolunun damar nahiyəsini kəsib. Çoxlu qan itirən V.Abdullayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

V.Abdullayev ilkin tibbi yardımdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində bildirib ki, o sevdiyi qız üçün intihara cəhd göstərib. 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar