Bakıda növbəti avtobus qəzası-Polis əməkdaşı qəzada öldü
25.04.2016 1226 0.0 0

 Bakıda sərnişin avtobusu qəza törədib.

 

Məlumata görə, hadisə bu gün səhər saatlarında “Ay işığı” restoranının qarşısında qeydə alınıb.

 

SOCAR-a məxsus avtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

 

Nizami rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs polis əməkdaşıdır, o, minik avtomobilində olub. Ölən şəxs əməkdaşı mühafizə polisində çalışırmış.

 

Hazırda faktla bağlı araşdırma aparılır.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar