Bakıda nənə və nəvəni avtomobil vurub
27.12.2017 758 0

Bakıda nənə və nəvəni avtomobil vurub.
Bildirək ki, hadisə Nəsimi rayonunda, Xutor adlanan ərazidə baş verib.
Belə ki, mebel daşıyan yük avtomobili 1937-ci il təvəllüdlü Binnətova Zəhra Əmir qızını və onun nəvəsini – 2004-cü il təvəllüdlü Qarayaeva Elvira Rövşən qızını vurub. Nəticədə onların hər ikisi xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Z.Binnətovanın vəziyyətinin ağır olduğu bildirilir. /Report/
Digər xəbərlər:
Şərhlər