Bakıda metro tikintisində yanğın baş verib
08.02.2016 434 0.0 0

Bakıda metro tikintisində yanğın olub. Qazeta.info APA-nın məlumatına əsasəm, hadisə Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində baş verib.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, Bakı metrosunun “Bənövşəyi-3” xəttinin tikintisinin getdiyi ərazidə işçilər üçün nəzərdə tutulan vaqonlarda qəfildən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Nəsimi Paşayev bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil.
 
Qeyd edək ki, şərti adları “Avtovağzal” və “Memar Əcəmi-2” olan stansiyaların istifadəyə verilməsi ilə Bakı Metropoliteninin yeni “Bənövşəyi xətt”ində ilk qatarlar hərəkətə başlayacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar