Bakıda maşın piyadanı vuraraq öldürüb
06.01.2017 967 0

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA verilən məlumata görə, yanvarın 5-də saat 12 radələrində Xəzər rayonunun Zirə qəsəbəsində Bakı şəhər sakini Fəxri Məmmədov idarə etdiyi "Ford" markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini Asif Baxşıyevi vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər