Bakıda mal-qara daşıyan avtomobili aşıb - FOTO
14.03.2018 1207 0

Bakıda yük avtomobili aşıb.
Məlumata görə, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb. İribuynuzlu mal-qara daşıyan “Mercedes” markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınında olan mal-qara yola dağılıb.
İlkin məlumata görə, qəzaya yük avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub./apa/
Digər xəbərlər:
Şərhlər