Bakıda məktəb həyətində şagird bıçaqlanıb
07.04.2017 755 0

Bakıda məktəb şagirdi bıçaqlanıb.
Məlumata görə, hadisə Suraxanı rayonu, N.İsmayılov 25 ünvanında yerləşən 146 nömrəli orta məktəbin həyətində baş verib.
Belə ki, Bakı şəhər sakini 1989-cu il təvvəllüdlü Nizami Kərimov orada təhsil alan 2001-ci il təvəllüdlü Rəşad Novruzovun bud nahiyəsindən bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır./Report/
Digər xəbərlər:
Şərhlər