Bakıda lifdə faciə baş verib
29.09.2015 682 0.0 0

Bakıda lifdə insan ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.

Qazeta.info Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən bildirir ki, FHN “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılmış vəziyyətdə qalmışdır.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapısını açmış və 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:51-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar