Bakıda kütləvi dava olub, bıçaqlananlar var
17.03.2018 844 0.0 0

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

 

Məlumata görə, hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb.

 

"Nizami" Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar. 

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlayıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar