Bakıda küçədə üzərində xəsarətlər olan meyit tapılıb
19.12.2016 1378 0.0 0

Bakıda küçədə meyit tapılıb.

 

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, dekabrın 18-də paytaxtın Heydər Əliyev prospektində Bakı şəhər sakini Əlövsət Əliyevin üzərində xəsarətlər olan meyiti aşkar edilib.

 

Aparılmış araşdırmalar zamanı Ə.Əliyevin həmin gün saat 07 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində paytaxt sakini Azər Əbiyevin idarə etdiyi KİA markalı avtomobillə vurulması nəticəsində xəsarət alması, avtobusa oturaraq H.Əliyev prospektinə getməsi və orada ölməsi müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar