Tarix: 10.12.2016,   Saat: 16:41, Şənbə.          

Bakıda keçmiş məhkum özünü yandırıb

 Bakıda 37 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

Məlumata görə, hadisə Sabunçu rayonu R.Axundov küçəsi 10 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Fərzani Cəbrayılov üzərinə benzin tökərək özünü yandırmaqla intihara cəhd edib. F.Cəbrayılov yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun dindirilməsi mümkün olmadığından intihara cəhd etməsinin səbəbləri bilinmir.

Qeyd edək ki, F.Cəbrayılov əvvəllər məhkumluq həyatı yaşayıb./Report/



  Bölmə: Ölkə | Baxış sayı: 599 | Tarix: 01.12.2016, 17:39


Xəbərlər