Bakıda itkin düşən 15 yaşlı qız tapılıb
28.01.2016 670 0.0 0

Bakıda itkin düşən 15 yaşlı qız tapılıb.
 
Qazeta.info APA-nın məlumatına əsasən xəbər verir ki, 2001-ci il təvəllüdlü Telli Asif qızı Axranova yanvarın 27-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib.
 
O, polisə verdiyi ifadəsində Sumqayıtdan Bakıya gəzməyə gəldiyini, lakin sonradan yolu azdığını və geri qayıda bilmədiyini qeyd edib.
 
Qeyd edək ki, T. Axranova yanvarın 25-də Sumqayıtda 1-ci mikrorayon ərazisində yerləşən mənzildən çıxaraq Bakı şəhərinə gəlib. Həmin gündən sonra onu tapmaq mümkün olmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar