Bakıda intihara cəhd
22.08.2015 679 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına  əsasən bildirir ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin intihar məqsədilə doqquzmərtəbəli yaşayış binasının damına çıxması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən vətəndaşla psixoloji söhbət aparılmış, nəticədə intihara cəhdin qarşısı alınmışdır. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat ötən gecə saat 22:52-də başa çatmışdır;

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar