Bakıda iki metro stansiyada iş rejimi dəyişir
03.11.2016 966 0.0 0

Bakı Metropoliteninin "Xalqlar Dostluğu" və "Neftçilər" stansiyasının iş rejimi bir günlük dəyişdiriləcək. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, "Qəbələ" futbol komandasının rəhbərliyinin komandanın noyabrın 3-də Bakıda keçiriləcək oyunu ilə bağlı müraciəti əsasında metroda iş rejimində dəyişiklik edilib:

"Komanda rəhbərliyi "Qəbələ"nin Bakıda keçiriləcək oyunu ilə əlaqədar azarkeşlərin mənzil başına vaxtında çatması üçün müraciət edib. Biz də onlara müsbət cavab vermişik. Bu məqsədlə biz "Qəbələ" komandasının rəhbərliyi ilə koordinasiyalı işləyəcəyik. Stansiyaların saat neçəyə qədər işləməsi hələ məlum deyil. Ola bilsin ki, oyundan sonra metroya kütləvi sərnişin axını olsun. Əgər elə olarsa, sərnişinlərin daşınması üçün hər iki stansiya açıq olsun. Əgər saat 01:00-dan sonra da metroya kütləvi sərnişin axını olsa, stansiyalar bağlanmayacaq. Stansiyaların hər ikisi sərnişinləri sona qədər daşımaq üçün açıq olacaq. Digər stansiyalarda isə saat 00:00-da giriş bağlanacaq, çıxış isə açıq olacaq".

Qeyd edək ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" Bakıda Fransanın "Sent-Etyen" klubunu qəbul edəcək. Oyun saat 22:00-da başlayacaq./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar