Bakıda iki çimərlik yararsız çıxdı - MONİTORİNQ
05.06.2017 862 0.0 0

"Dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub".
Bunu açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, yerdə qalan çimərliklərdə dəniz suyu standartlara cavab verir: "İki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır".
Beləliklə, adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, monitorinqlərə may ayının 16-dan başlanılıb. Monitorinqləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə keçirib./Report/


Digər xəbərlər:
Şərhlər
avatar