Bakıda iki avtomobil yolunda sürət həddi endirilib
02.12.2016 801 0.0 0

Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.
 
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Böyükşor–Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi  iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı  zolaqda 80 km/saatdan 60 km/saata endirilib.
 
Eyni zamanda, Zığ dairəsi–Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar