Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb
13.10.2016 823 0.0 0

Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti aşkarlanıb.

 

Məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Sakinlər rayonun Puta qəsəbəsinə gedən yolda, yol kənarında naməlum meyitin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.

 

Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub.

 

Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.  

 

Hazırda ölən şəxsin kimliyinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar