Bakıda hamamı soydular
24.08.2015 531 0.0 0

Binəqədi rayonu ərazisində yerləşən “Şah” hamamının xəzinəsindən pul oğurlamış şəxslər tutulmuşlar

Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, a
vqustun 23-də Binəqədi rayonu ərazisində yerləşən “Şah” hamamının xəzinəsindən 1845 manat oğurlanmışdır.
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyənlər - Yevlax rayon sakini Kərimxan Kərimov, Ağdaş rayon sakini Vüsal Əyyublu və Ucar rayon sakini Hüseyn Cəfərzadə tutulmuşlar.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar