Bakıda həkim aptek işçisini necə baltaladı?
02.06.2015 960 0.0 0

Bu gecə Sabunçu rayonu ərazisində baş verən baltalanma hadisəsilə bağlı bəzi məqamlara aydınlıq gətirilib. Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsindən verilən məlumata görə, Məhəmmədi qəsəbəsində yerləşən apteklərin birinə gələn müştəri orada işləyən işçini baltalayıb.

Verilən məlumata görə, aptekə gələn müştəri orada işləyən Davud Vəliyevdən dərman istəyib. Lakin tələb edilən dərmanın olmadığını eşidən müştəri mübahisə etməyə başlayıb. Daha sonra satıcı tərəfə keçmək istəyib. Satıcı ona mane olmaq istəyəndə isə müştəri əlindəki salafan torbanın içindəki baltanı çıxarıb və onu vurub. Daha sonra həmin şəxs aptekdən çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, cinayəti törədən 1980-ci il təvəllüdlü Rüfət Məmmədovdur. O ali təhsilli həkimdir.

Qeyd edək ki, həmin şəxsin narkotik aludəçisi olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar