Bakıda həbsxanada məhkum ölüb
13.02.2016 513 0.0 0

Bakıda həbsxanada ölüm hadisəsi baş verib.
 
Məlumata görə, hadisə Nizami rayonu ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində baş verib.
 
Məhkum, 25 yaşlı İbrahimov Nurani Fuad oğlu dünyasını dəyişib. Məlumatı onun dayısı Əli Məmmədov verib. O, bildirib ki, hadisə ötən gecə baş verib və bir qədər əvvəl meyit Nizami Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən ailəsinə təhvil verilib. Bakının Hövsan qəsəbəsində yaşayan Nurani İbrahimov sabah dəfn ediləcək.
 
Nurani İbrahimov 2011-ci ildə Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib ki, faktla bağlı rəsmi açıqlama sabah veriləcək./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar