Bakıda güzəştli mənzillərin dəyəri açıqlandı
01.03.2017 986 0.0 0

Bakıda güzəştli mənzillərin qiyməti orta bazar dəyərindən 20-25 faiz ucuz olacaq.

Məlumata görə, bunu jurnalistlərə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

 

Onun sözlərinə görə, mənzilin yekun qiyməti tikinti işlərinin başa çatmasından sonra məlum olacaq:

"Lakin istisna olunmur ki, sosial mənzillərin qiyməti gözlənildiyindən daha ucuz olacaq. Sosial mənzillərin təqdim olunması zamanı ilk növbədə gənc ailələrə üstünlük veriləcək. Amma bu mənzilləri güzəştli kateqoriyaya daxil olan bütün şəxslər də ala bilər".

Qeyd edək ki, hazırda sosial mənzillərin tikintisi Bakının Yasamal və Suraxanı raynlarında davam etdirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar