Bakıda gənc oğlanı və 2 yaşlı körpəni avtomobil vurub
17.03.2018 771 0.0 0

Bakının Nərimanov rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Qazeta.info "Report"a istinadla xəbər verir ki, hadisə Həsənoğlu küçəsində qeydə alınıb.

 

1997-ci il təvəllüdlü Ağakişiyev Hüseyn Ramiz oğlu və 2016-ci il təvəllüdlü Fətullazadə Fatimə Nihad qızı yolu birgə keçmək istəyərkən onların hər ikisini minik avtomobili vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar