Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb - VİDEO
22.04.2017 760 0.0 0

Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb.

Məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Qədirli Ayxan İsrafil oğlu Məhəmməd Hadi küçəsində yolu keçmək istəyərkən onu "Mercedes" markalı minik avtomobili vurub. Nəticədə A.Qədirli ağır kəllə-beyin travması alıb. Hadisəni törətmiş sürücü A.Qədirlini xəstəxanaya çatdırarkən xəsarət almış şəxs yolda dünyasını dəyişib.

A.Qədirlinin meyiti Məhkəmə Tibbi Ekspertiziası və Patoloji Anatomiya Birliyinin Xətai Rayon Şöbəsinə təhvil verilib.

Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar