Bakıda evakuatorun kobud qayda pozuntusu kameralara düşdü – VİDEO
17.08.2017 1231 0.0 0

Bakıda avtomobilləri cərimə meydançasına aparan evakuator qaydaları kobud şəkildə pozub.

Qazeta.info Oxu.az - a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə ictimai fəal Bəxtiyar Hacıyev məlumat verib.

B. Hacıyev deyib ki, o, yol polisi əməkdaşına və evakuator sürücüsünə bu barədə iradını çatdırsa da, vəziyyət dəyişməyib - avtomobil elə həmin istiqamətdə cərimə meydançasına aparılıb. B. Hacıyev “giriş qadağandır” nişanının tələbini pozduğu üçün evakuatora yol vermək istəməsə də, yaxınlıqdakı polis əməkdaşı ondan yol verməsini tələb edib.

 

 

 

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov məsələyə ilə bağlı yeniavaz.com-a münasibətiti bildirib: “Qanun hər kəs üçündür, “Yol hərəkəti haqqında” Qanunla tənzimlənir. Kimliyindən asılı olmayaraq, bu tələbləri yerinə yetirməlidir. Söhbət yol hərəkətində hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrindən gedirsə, bu başqa bir məsələdir. Əgər yol polisi nizamlayıcı qismində göstəriş verirsə, təbii ki, yol polisinin siqnalları, yəni yol polisi tərəfindən verilən siqnallar, göstərişlər birmənalı şəkildə yerinə yetirilməlidir. Mən həmin video ilə tanış deyiləm. Evakuatorun hərəkəti ilə bağlı yol polisi özü şərait yaradırsa, təbii ki, digər hərəkət iştirakçıları da onun hərəkətinə yol verməlidir. Mən baxmamışam həmin videoya. Sadəcə, suallarınıza cavab vermək üçün deyirəm ki, əgər yol polisinin iştirakı ilə, göstərişi ilə avtonəqliyyat vasitəsi hər hansı formada hərəkət eləyirsə, bu qəbulediləndir. Tutaq ki, evakuator deyil, başqa bir maşındır, hamısına aiddir. Polis artıq burada nizamlayıcı qismində olur. Bəxtiyar Hacıyev bu qanunları sizdən də, məndən də gözəl bilir. Təkrar edirəm, videoya dəqiq baxmamışam, görməmişəm deyə dəqiq şərh verə bilmirəm. Daha dəqiqini videoya baxdıqdan sonra demək olar”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar