Bakıda ev yanıb, ev sahibi yanaraq ölüb
02.05.2017 544 0.0 0

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, Bakının  Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

 

Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1941-ci il təvəllüdlü Aginin Oleq Dmitriyeviçin yanmış meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb./apa/


Digər xəbərlər:
Şərhlər
avatar