Bakıda etiraz aksiyası-İnsanlar yolu bağladı
03.10.2015 2515 0.0 0

Bu gün saat 15 radələrində Bakının Nizami rayonunda etiraz aksiyaysı keçirilib.

Qazeta.info bildirir ki, bu gün Bakı şəhəri Nizami rayonunda yerləşən "Laçın" Ticarət Mərkəzində fəaliyyət göstərən ticarətçilər "Laçın"-ın yerləşdiyi Nizami rayonunun ən böyük küçələrindən biri olan Qara Qarayev küçəsin  bağlayıblar.

Lakin bir neçə dəqiqədən sonra hadisə yerinə Nizami  rayon polis idarəsinin əməkdaşları cəlb olunub və yolun açılmasını təmin ediblər.Videodan da göründüyü kimi, polis əməkdaşları aksiya təşkilatçılarından birini polisin xidməti avtomobilinə mindirib polis şöbəsinə aparmağa cəhd edsələrdə aksiyada iştirakçılarının yüksək səslə qışqıraraq poliislərə hücum edib həmin şəxsi polisin əlindən almağa nail olublar. 

Qazeta.info əməkdaşlarının hadisə yerində apardığı araşdırma nəticəsində bəlli olub ki, aksiyanın keçirilməsində məqsəd son günlərdə "Laçın" Ticarət Mərkəzinin qarşısı və ətrafında avtomobillərin saxlanılması qoyulan qadağa olub.

Belə ki, aksiya iştirakçıları "yer pulu" -nun yüksək olduğunu, ticarətçilərin əksəriyyətinin banklara borclu olduğu bildirərək , avtomobillərin ticarət mərkəzinin qarşısı və ətrafında saxlanılmasına qoyulan qadağanın onların biznesinə bir daha mənfi təsir etdiyini qeyd ediblər.

Əldə olunana məlumata görə , aksiya dağıdılandan sonra , bir neçə aksiya təşkilatçısı saxlanılaraq Nizami rayon polis şöbəsinə aparılıb.Qeyd edək ki, sözü gedən hadisə ilə polisdən məlumat almağa cəhd etsək də, bütün cəhtlərimiz nəticə verməyib.

Qazeta.info sözügedən aksiyadan əldə olunan video görüntünü təqdim edir:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar